5 Mart 2015 21:52

Dünyanın ən zəngin futbolçularının siyahısı açıqlanıb.

Teleqraf.com "Goal.com" saytına istinadən məlumat verir ki, siyahı tərtib edilərkən təkcə futbolçuların klublardakı qazancı deyil, digər xərcləri də nəzərə alınıb.

Siyahının birincisi 210 milyon avro ilə Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştiano Ronaldodur. Lionel Messi (Argentina, "Barselona") ikinci, Neymar (Braziliya, "Barselona") isə üçüncüdür.

Dünyanın ən varlı 10 futbolçusu:

1. Kriştiano Ronaldo ("Real") - 210 milyon avro
2. Lionel Messi ("Barselona") - 200 million avro
3. Neymar ("Barselona") - 135 milyon avro
4. Zlatan İbrahimoviç (PSJ) - 105 milyon avro
5. Ueyn Runi ("Mançester Yunayted") - 103 milyon avro
6. Kaka ("Orlando") - 96 milyon avro
7. Samuel Eto'o ("Sampdoriya") - 87 milyon avro
8. Raul ("Nyu York Siti") - 85 milyon avro
9. Ronaldinyo ("Keretaro") - 83 milyon avro
10. Frenk Lempard ("Mançester Siti") - 80 milyon avro


Müəllif: