7 Aprel 2014 22:41

"Mançester Siti" klubu mövsümün sonunda "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməyi planlaşdırır.

Teleqraf.com-un verdiyi məlumata görə, Mançester təmsilçisi yenidən uruqvaylı futbolçu ilə danışıqlar aparır.

"Mançester Siti" klubu 27 yaşlı futbolçunun keçidi üçün "Liverpul"a yüksək məbləğ təklif etməyə hazırlaşır. Təcrübəli futbolçu da hələlik gələcəklə bağlı qərarını açıqlamayıb. Suarezin mövsümün sonunda "Real" (Madrid) klubuna transfer olunacağı bildirilir.

Qeyd edək ki, Suarez 2011-ci ildə "Ayaks"dan "Liverpul"a transfer olunub.


Müəllif: Teleqraf.com