16 May 2017 13:49
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı bu il aprelin 1-nə 1 515,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 889,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,1%-i təhsil, 19,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,2%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 514,3 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İlhamə ƏBÜLFƏT


Müəllif: