19 Sentyabr 2017 12:46
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu ilin ötən dövr ərzində monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.

Azərbaycan Mərkəzi Bankından Teleqraf.com-a verilən məlumatda bildirilir ki, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 8%-dən çox artıb.

Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşaiyət olunur.

Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb. Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub.

Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.


Müəllif: İlhamə Əbülfət