11 İyul 15:11
673

Türkiyədə məşhur Zühal Topalla evlənmə verilişinin azərbaycanlı iştirakçısı Naz proqramdan qovulmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Naz instaqram səhifəsinin canlı yayımında Zuhal Topala və digər izləyicilərə Hüseyn Ağaoğlu ilə olan münasibəti və yayılan səmimi fotoşəkilləri haqqında deyilənlərə cavab verib:

"Öz həyatıma görə niyə açıqlama verəcəyəm? Siz kimsiz ki, sizə açıqlama verim? İstəyərəm gəmidə gəzərəm, istəyərəm taksi ilə gəzərəm, hələ sabah, biri gün helikopterlə də gəzəcəyəm. Sizin üçün yaxtadan sonra helikopterlə olan şəkillərimi də paylaşacağam".

Naz proqramla bağlı isə bunları söyləyib:

“Yeni mövsümdə o proqrama çıxmaq planım yox idi. O proqram olmasın, başqası olsun. Mənim üçün hər yerə yol açıqdır”.

Qeyd edək ki, bir neçə gün öncə Zuhal Topalın evlilik proqramının iştirakçısı olan Nazın məşhur biznesmen Əli Ağaoğlunun qardaşı Hüseyn Ağaoğluya məxsus "Ağa3" adlı gəmidən fotoşəkilləri yayılıb.


Müəllif: Könül