12 May 2014 10:51
810

Xalq artisti Brilliant Dadaşova ölkədə ikinci dəfədir ki, keçirilən “No Smoking” Film Festivalının siması olub.

Teleqraf.com xəbər verir ki, “Siqaret çəkməkdənsə FİLM çək” devizi altında reallaşan festivalda məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunaraq, peşəkarlar tərəfindən qiymətləndiriləcək.

Bundan başqa, festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulub.

Hər zaman pis vərdişlərin əleyhinə olan B.Dadaşova “Ümidvaram sağlam həyat tərzi naminə başladığımız təblğat qısa müddət ərzində öz bəhrəsini verəcək. Biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik”-deyə o, bildirib.

Qeyd edək ki, ötən il Azərbaycanda rekord sayda 48 yerli film təqdim olunmuşdu. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May - “Beynəlxalq tütün əleyhinə mübarizə günündə” isə festivalın qala gecəsinin keçirilməsi nəzərdə tutulub.

Festival Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “ADDİM” Gənclər təşkilatı tərəfindən keçirilir.

Aytən Həsənova


Müəllif: