20 Oktyabr 2017 08:18
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə özünün 2028-ci ildən gəldiyini bildirən şəxsin açıqlamaları bir çox izləyicinin diqqətini çəkib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, adını açıqlamayan orta yaşlı kişi 2028-ci ildə insanlar keçmiş və gələcəyə səyahət etmək üçün xüsusi aparatlara sahib olacaqlar.

O deyib ki, məhv bu aparatların köməyi ilə 2017-ci ilə gəlib.

Gələcəkdən gəldiyini iddia edən şəxs 2028-ci ildə insanların bir çoxunun 2100-cü ilə səyahət etdiyini, ancaq alimlərin onu daha uzağa, yəni 2200-ci ilə göndərdiyini qeyd edib.

O, 2200-ci ildə atmosferin həddindən artıq çirklənəcəyini və bunun nəticəsində Yer kürəsində temperaturun dözülməz həddə çatacağını bildirib.

Həmin şəxsin 2017-ci ilə gəlməsinə səbəb isə itirdiyi yaxınlarını, doğmalarını görmək istəməsi olub.


Müəllif: Samir