6 Mart 2018 18:55
3 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayon Şıxzərli kənd sakini Əlibaba Əbilov sosial şəbəkələrdə yayılan videosundan sonra məşhurlaşıb.

Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, Əlibalanın kəndin ərzaq mağazasında mahnı oxuyarkən gizlicə çəkilən videosu youtuba yerləşdirilir. Qısa zamanda video sosial şəbəkələrdə paylaşılıb və çox böyük maraqla qarşılanıb.

Əlibaba Əbilov bildirib ki, qısa müddətdə bu qədər məşhurlaşacağını heç vaxt ağlına gətirməyib: "Bilməzdim belə məşhurlaşacam. Videoya bir milyondan çox adam baxıb”.

Hazırda Əlibaba Əbilov Qobustan rayonunda yerləşən musiqi məktəbinin muğam şöbəsində təhsil alır. Xanəndəlik sənətinin sirlərinə yiyələnir. Hədəfi isə müəllimi olan Mənsum İbrahimovun davamçısı olmaqdır.


Müəllif: