23 İyul 2015 13:55

Türkiyənin Ədirnə bölgəsinin Yerlisu kəndində dəhşətli yol qəzası baş verib.

Teleqraf.com-un xəbərinə görə, 53 yaşlı Cemal Yıldırımın idarə etdiyi avtomobil 91 yaşlı Hasan Ceyhanın idarə etdiyi traktorla toqquşub. Qəza zamanı zərbənin təsirindən traktor iki hissəyə bölünüb.

Traktorun sürücüsü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nihad


Müəllif:
Загрузка...