12 Mart 2018 14:30
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güclü vətəndaş cəmiyyətinin inkişafını davam etdirəcək.

Bunu Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, güclü vətəndaş cəmiyyəti hər bir ölkə üçün çox vacibdir, çünki bunsuz hökumətin qarşısında dayanan məqsədlərə çatmaq çox çətindir.

O əmin olduğunu bildirib ki, Azərbaycanda hökumətə hədəflərinə çatmaqda kömək edəcək güclü vətəndaş cəmiyyəti yaradılacaq.

M.Məmməd-Quliyevin sözlərinə görə, Azərbaycan artıq hökumət və digər strukturların nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə platforma yaradıb.

Nazir müavini vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar vətəndaş cəmiyyəti ilə bağlı məsələləri də əhatə edir./Trend/


Müəllif: Teleqraf.com