23 Noyabr 2017 17:46
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “BDU özəl mükafatlandırma - 2017” adlı layihə əsasında tədbir keçirilib.

BDU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tələbələrin kateqoriyalar üzrə Azərbaycanda sevdiyi və seçdiyi ən tanınmış şəxslərin mükafatlandırılması məqsədilə keçirilən tədbiri giriş sözü ilə rekor, akademik Abel Məhərrəmov açıb.

Sonra layihənin ideya müəllifləri, Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Aytac Məhərrəmli və Geologiya fakültəsinin 1-ci kurs magistrı Asif Səlimov layihənin məqsədi, qaliblərin seçilmə mərhələləri barədə məlumat verib.
Çıxış edən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov universitetdə tələbələrə yaradılan yüksək şəraitdən, tələbələrin yerli və beynəlxalq nailiyyətlərindən, onların ölkədə bir çox yeniliklərə imza atmalarından və bu tədbirin də növbəti yeni bir proyekt olmasından danışıb.
Daha sonra ölkəmizdə müxtəlif sahələr üzrə nüfuz sahibi olan, BDU tələbələrinin səs vermələrinə əsasən 24 nominasiya üzrə öz sahəsində “Ən yaxşı” fəxri adı qazanmış 31 nəfərə xatirə hədiyyələri və gül dəstəsi təqdim olunub.

Təltif olunanlar arasında deputat Aydın Mirzəzadə, xalq artistləri Alim Qasımov, Rasim Balayev, Amaliya Pənahova, Afaq Bəşirqızı, əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov və başqaları olub.

Tədbir konsert proqramı ilə davam etdirilib.


Müəllif: Şəfiqə Nazimqızı