15 May 2014 16:02
1 042

Mayın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Naziriyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) IX “Məzun-2014” ümumresprublika yarmarkası keçiriləcək.

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, “Sənaye ili” çərçivəsində təşkil olunacaq yarmarkada 90-dan çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edəcək. Yarmarkada tələbələrə müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları təqdim olunacaq.

Yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-ə kimi məzunun iştirakı gözlənilir. Artıq 7 ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Avstriya, Bolqarıstan, Estoniya) 40 universitetinin məzunu iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib. İşlə təmin olunmaq istəyən məzunlar CV-lərini mayın 22-dək mezunaseu@gmail.com elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün 497 71 35 və 146 saylı telefonlarla əlaqə saxlamaq mümkündür. Yarmarkada bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər.

“Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxin vakant iş yerləri təklif olunacaq. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil ediləcək, ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin ediləcəklər.

Həmçinin, yarmarka günü tələbə və məzunlar üçün özəl şirkətlər tərəfindən müxtəlif uduşlu lotoreyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər tanıtım tədbirləri həyata keçirəcək.

Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim ediləcək.


Müəllif: