28 İyul 2015 16:35

Qarabağ Azadlıq Təşkilatının ofisində xalq hərəkatının fəal iştirakçısı, Qarabağ Azadlıq Hərəkatının ilk sədri, ictimai-siyasi xadim Xəqani Hüseynovun anım mərasimi keçirilib.

QAT mətbuat xidmətindən Teleqraf.com-a verilən mlumata görə, mərasimdə mərhum X.Hüseynovun hərəkat yoldaşları, ictimai-siyasi təşkilatların nümayəndələri, qohumları iştirak ediblər. Hacı Qubad mərhumun ruhuna dualar oxuyub, Quran tapşırıb. Hərəkat yoldaşları Akif Nağı, Nəsiman Yaqublu, Vaqif Əlisoy, Şakir Abbas, Asif Məmmədov, Gülağa Aslanlı, qohumları İslam Əliyev, Rəfayıl Hüseynov və digərləri çıxış edərək mərhumun xalq qarşısında xidmətləri, insani keyfiyyətləri, mübarizə yolu haqqında danışıblar.

BƏXTİYAR


Müəllif:
Загрузка...