30 İyul 2015 23:07
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri Sabirabad rayonu, Xankeçən kəndi yaxınlığında, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batmış 1997-ci il təvəllüdlü, Mustafayev Baloğlan Güloğlan oğlunun cəsədini aşkar ediblər.


Teleqraf.com FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, onun cəsədi batdığı yerdən 10 metr aralıda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin dalğıc-xilasediciləri 3 nəfəri batmaq təhlükəsindən xilas ediblər. Belə ki, Abşeron rayonunda i1 nəfər dənizdə (xilasetmə məntəqəsindən 750 metr sağda, nəzarətsiz ərazisində) batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bakı şəhəri, Sabunçu rayonunda isə 2 nəfər dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.


Müəllif: