22 İyul 2016 11:12
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə vuraraq öldürüb.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Məlikməmməd Adıgözəlov həbs edilib, faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: