30 İyul 2016 10:55
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Bir neçə avtomobilin toqquşması nəticəsində İmişli rayon sakinləri - Tacir Babaşov, Elvin Muradov və Beyləqan sakini Vüqar Ansurov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

“Mercedes” markalı avtomobilin sürücüsü Arif Quliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: