4 İyul 2014 12:34
416

Bakının Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə iyulun 3-də, saat 10 radələrində Nərimanov rayonu Mayakovski küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Nüşabə Nəcməddinovanın idarə etdiyi “Honda” və Cümşüd Soltanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. İdarəetməni itirmiş C.Soltanov yolu keçən Türkiyə vətəndaşı Satılmış Kaynakı vurub. S.Kaynak xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: