14 İyul 2017 12:44
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xızı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayev həbs edib.

Ondan 1 kiloqram 838,2 qram marixuana götürülüb.

Daha bir əməliyyat Ağdaş rayonunda keçirilib. Binələr kənd sakini Tahir Səfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 11 çətənə kolu aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov