15 Oktyabr 2017 16:44
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda 7 il əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarağan-Sədi kənd sakini Gümrah Yusubov tutulub. O, 2010-cu ilin dekabr ayında rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.


Müəllif: Hacı