23 Noyabr 2017 20:08
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən iki aptekdə güclü təsir edən dərmanların qanunsuz satılması faktı aşkar edilib.

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayonunda fəaliyyət göstərən aptekin sahibi İlham Yusibov Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həbs edilib.

Daha bir aptek sahibi Sabunçu rayonu Maştağa qəsəbəsində həbs edilib. Qəsəbədə fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov da şəhər prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.

Onların barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov