12 Fevral 2015 03:51
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Baknın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Musavat.com-un məlumatəna görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Mehralı Aşurov idarə etdiyi “Lexus” markalı avtomobillə Maştağa qəsəbəsindən şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyadanı vuran sürücü onu avtomobili ilə xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı tibb müəsissəsinə içkili vəziyyətdə gətirilib. Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Piyadanı vuran sürücü Mehralı Aşurov ifadəsnin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb, avtomobil isə cərimə meydançasına yerləşdirirlib.


Müəllif: