21 İyul 2015 12:51

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Tovuz rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Fariz Əhmədov, onun oğlu Elnur və qardaşı Sabir naməlum şəraitdə bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Onlar Röyal adlı şəxs tərəfindən bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...