Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov “Hər şey daxil” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, aktyor xanəndələr Mirələm Mirələmovla Kamilə Nəbiyevanın canlı ifası zamanı göz yaşlarını saxlaya bilməyib. Ağlayan aktyora prodüser Tolik dəstək olub.
Qeyd edək ki, Rəhman Rəhmanov uzun illər öncə oğlunu itirib. Aktyor oğlunun ölümündən danışarkən bu sözləri demişdi: “Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum.
Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, gözəl ailəsi var idi. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən pilləkən qaldırıldı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Daş düz şah damarını kəsdi. heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”.