6 Aprel 2022 13:20
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki dəfə “Oskar” mükafatına layiq görülən iranlı rejissor Əsgər Fərhadi plagiatda təqsirli bilinib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, İran məhkəməsinin qərarına əsasən rejissorun 2021-ci ildə lentə aldığı ”Qəhrəman” filminin ideyası tələbələrindən biri Azadə Məzizadəyə məxsusdur. Fərhadi filmin ideyasını Azadənin qısametrajlı filmindən götürüb. Bununla yanaşı o, ekran işinin titrlərində qızın adını qeyd etməyib.

Yaxın günlərdə rejissora veriləcək cəza açıqlanacaq. Rejissorun vəkili bunun növbəti məhkəmə prosesində açıqlanacağını bildirib.

Məlumatda qeyd olunur ki, məsələnin həll yollarından biri “Qəhrəman” filminin kinoteatr və onlayn nümayişlərindən əldə olunan gəlirin Azadə Məzizadəyə verilməsidir. Bununla yanaşı Fərhadi həbs də oluna bilər.

Qeyd edək ki, “Qəhrəman” filminin premyerası Kann Film Festivalında baş tutub.


Müəllif: Nərmin