14 Aprel 2022 16:42
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik, Qarabağın işğaldan azad olunması və ümumilikdə şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi elan edib.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, qalib pyes üçün pul mükafatı təyin edilib. Bundan başqa, seçilən əsər əsasında tamaşanın hazırlanıb cari repertuara daxil edilməsi və ölkə miqyaslı qastrollarda nümayişi də nəzərdə tutulub.

Əsərlərin qəbulu mövsümün sonunadək davam edəcək.

Müsabiqə ideyası bu il martın 10-da tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət və elm xadimlərinin iştirakı ilə teatrda baş tutan "Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu" mövzulu geniş müzakirədə irəli sürülüb və yekdilliklə dəstəklənib.


Müəllif: Nərmin Muradova