6 May 09:58
7 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müharibəyə yalnız maddi vəsaitlərlə yox, Ukrayna çökəcəyi təqdirdə hərbi qüvvələri ilə də müdaxilə etməli olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffri deyib.

“Ukraynanın çökməsinə imkan verə bilmərik, çünki belə olarsa, Amerikanın münaqişəyə təkcə pulu ilə yox, həm də qoşunları ilə müdaxilə etməli olacağı ehtimalı böyükdür”, - siyasətçi bildirib.

Konqresmenin fikrincə, ABŞ Kremlin aqressiyasının genişlənməsinin qarşısını almaq üçün Ukraynaya dəstəyini davam etdirməlidir. Ceffri Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini də xatırladıb.

“Belə ardıcıl aqressiya qarşısında Vladimir Putinin Ukraynada uğur qazanmasına imkan versək, onun Ukraynada dayanacağına inanmalıyıqmı? Əlbəttə yox”, - konqresmen vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu