22 Aprel 2022 13:29
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, bəstəkar Faiq Sücəddinov Şuşa simfoniyası üzərində işləyir.

Bu barədə Teleqraf.com-a açıqlama verən bəstəkar simfoniyanın tamamlanması üçün maddi vəsaitin lazım olduğunu bildirib: “Simfonik əsərlər asan başa gəlmir. Bundan öncə “Zəfər” simfonik poemasını hazırlayanda çox əziyyət çəkdim. Məni yoran işin təşkilati tərəfidir. İctimai Televiziya bu işdə mənə çox dəstək oldu. Bu cür əsərlərin yaranması böyük maliyyə tələb edir.

Bildiyiniz kimi bu il Şuşa ilidir. Həm “Zəfər” simfonik poeması, həm də Şuşa əsəri bu il Şuşada səslənəcək. Sadəcə Şuşa əsərinin tamamlanması üçün maddi vəsait lazımdır. Gözləyirəm”.


Müəllif: Nərmin Muradova