28 İyul 2022 00:39
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktrisası Alisiya Vikander pandemiya zamanı uşağının öldüyünü açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə ürək yanğısı ilə danışıb.

Vikander etiraf edib ki, o, ana olmaq üçün uzun və çətin yol keçib. “Bir müddət hamilə qalmağa çalışdım. Pandemiyada çox ağır günlərdən keçdim. Bu, bir çox qadının başına gəlir”.

Aktrisanın dediyinə görə, başına gələn ağır hadisədən sonra vaxtilə oynadığı “Okeanda işıq” filmindəki qəhrəmanı İzabelin həyatına yenidən nəzər salıb. Onunla oxşar hadisəni yaşadığı üçün indi filmə tamam başqa gözlə baxdığını etiraf edir:

“Körpəmi itirmək ağrılı idi. O, mənə rol aldığım bir filmi xatırlatdı. İndi bu filmin mənim üçün fərqli bir mənası var “- deyə Vikander əlavə edib.

Aktrisa bildirib ki, filmdə bu cür qadın hekayələrini canlandırmaq ona öz dərdinin öhdəsindən gəlməyə kömək edir.

Hazırda bir övladı olduğunu xatırladan aktrisa yaşadığı acı təcrübənin heç vaxt unudulmayacağına diqqət çəkib.

Qeyd edək ki, Alisiya həyat yoldaşı məşhur aktyor Maykl Fassbenderlə “Okeanda işıq” filmində tanış olub.


Müəllif: Pərvin Cəfərova