15 Yanvar 2023 00:39
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türk aktyor Burak Deniz prokurorluğa izahat verməkdən imtina edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl məclislərin birində Burak Deniz Nilperi Şahinkaya və sevgilisinin yanına gedərək mübahisə edib.

Hadisədən sonra Burak Nilperi və sevgilisindən üzr istəsə də, gənc aktrisa üzrxahlığı qəbul etməyib.

Nilperi Burak Dənizi Adana Respublika Prokurorluğuna şikayət edib və aktyor barədə cinayət işi qaldırıb.

“Qəsdən xəsarət yetirmə”, “təhqir” və “insanların asayişini pozma” maddələri ilə cinayət işi açılan Dənizin son 4 ayda prokurorluğa çağırılmasına baxmayaraq ifadə vermədiyi məlum olub.

Aktyorun bu hərəkətinə qarşılıq olaraq Şahinkayanın vəkilləri onun haqqında saxlanılma qərarının çıxarılmasını tələb edib.


Müəllif: Pərvin Cəfərova