19 May 17:59
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti İbrahim Rəisini “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışından sonra Xudafərindən Təbrizə aparan helikopter çətin eniş etməyə məcbur olub.

Teleqraf.com xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Onun sözlərinə görə, hazırda xilasedicilər hadisə yerinə getməyə çalışırlar. Hava şəraitinə görə, bu istiqamətdə çətinlik yaşanır.

İranlı nazir bildirib ki, İran prezidentini aparan helikopterlə əlaqə saxlanılıb. Lakin daha dəqiq məlumat əldə etmək üçün xilasedicilərin hadisə yerinə çatması gözlənilir.

***

17.42

Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avtomobillə Təbrizə yola düşüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

***

17.07

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***

17.03

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər