19 May 20:21
3 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün tibb müəssisələri, təcili yardım avtobusları, mütəxəssis həkimlər və cərrahlar prezidenti daşıyan helikopterin qəzaya uğradığı Süngün (Mes Sonqon) bölgəsinə yerləşdirilib".

Teleqraf.com İRNA-ya istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Bəhram Aynullahi deyib.

Onun sözlərinə görə, prezident və onun yanındakəları daşıyan helikopter qəzasının mümkün qurbanları üçün xilasetmə tədbirləri həyata keçirilir: "Biz hazırda Mes Sonqon bölgəsindəyik və bütün xilasetmə qüvvələri prezidenti və onu müşayiət edənləri aparır.

Ərazinin çox dumanlı olduğunu nəzərə alsaq, axtarışlar çox çətindir, lakin buna baxmayaraq, bütün tibb müəssisələri, təcili yardım avtobusları, cərrahlar və həkimlər həmin yerdə dayanıblar".


Müəllif: Ayxan

Oxşar xəbərlər