19 May 19:32
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helikopter qəzasından sonra İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatı təhlükə altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters”ə adı açıqlanmayan iranlı rəsmi deyib.

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatedicidir", - deyə o bildirib.

Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər