19 May 19:10
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi ərazi Ərəsbaran meşəliyindədir.

Bu barədə Teleqraf.com İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Ərəsbaran meşəliyi Şərqi Azərbaycan vilayətində Kəleybər, Siyərud və Əhər rayonları arasında yerləşir.
Hadisənin baş verdiyi ərazi keçilməz ərazidir. Bu məsələ axtarış əməliyyat qüvvələrinin əraziyə getmələrinə çətinlik yaradıb.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər