19 May 16:36
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın səbəbilə Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər