19 May 20:33
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Qeyd edək ki, prezident İbrahim Rəisinin vertolyotu bu gün axşam saatlarında Təbriz neft emalı zavodunun yenidən açılışını etmək üçün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən yola düşərkən Təbrizin Dizmar meşəsində qəzaya uğrayıb.

Qəzadan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri xilasetmə və təhqiqat üçün ordu, SEPAH və polis komandanlığının bütün imkanlarının səfərbər edilməsi barədə əmr verib.


Müəllif: Ayxan

Oxşar xəbərlər