19 May 21:42
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələri İ.Rəisinin olduğu helikopteri axtarır.

Mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.


Müəllif: Teleqraf.com