19 May 20:00
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbriz neft emalı zavodunun yenidən qurulmasından sonra açılış üçün bu şəhərə gedən İran prezidenti İbrahim Rəisi və hökumət üzvlərini aparan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.

Teleqraf.com İRNA -ya istinadən xəbər verir ki, “Təbriz neftayırma zavodunun keyfiyyətinin yaxşılaşdırılması” açılışında iştirak məqsədilə “Qız Qalası Su bəndi”nin açılışından sonra prezident helikopteri ilə birlikdə bu şəhərə yola düşüb.

"Prezidentin helikopterinin yeri barədə hələ də etibarlı məlumat yoxdur", məlumatda bildirilir.

"Biz Mes Sonqun ərazisindəyik, bütün xilasetmə qüvvələri axtarışlarla məşğuldur, ərazi çox dumanlıdır və bu səbəbdən axtarış imkanları çox çətinləşib. Helikopter tapıldıqdan sonra tibbi prosedurları həyata keçirmək üçün ərazidə bütün tibb heyəti, təcili yardım avtobusu, cərrahlar və həkimlər yerləşdirilib"- Səhiyyə naziri müsahibəsində deyib.

IRNA müxbirinin verdiyi məlumata görə, hava həddindən artıq dumanlıdır və xilasetmə işlərini çətinləşdirib . Əlverişsiz hava şəraiti səbəbindən helikopterlə axtarış və uçmaq mümkün olmur, xilasetmə işləri yerdə aparılır.


Müəllif: Ayxan

Oxşar xəbərlər