19 May 21:09
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentinin helikopterinin qəzaya uğradığı ərazinin yaxınlığında 4 ixtisaslaşmış axtarış qrupu fəaliyyət göstərir.

Teleqraf.com İRNA-ya istinadən xəbər verir ki, bunu İran Qırmızı Aypara Cəmiyyətinin əməliyyat otağının rəhbəri Raziyə Əlişundi deyib: "46 qrup prezident və onun yoldaşlarının helikopterin qəzaya uğradığı bölgənin axtarışı üçün bölgəyə göndərilib və dörd ixtisaslaşmış qrup qəza yerinin yaxınlığındadır.

"Hazırda Qızıl Aypara Cəmiyyətinin 46 xilasetmə və axtarış qrupu, Şərqi Azərbaycan vilayəti və qonşu vilayətlərdən olan 15 ANST qrupu (Qızıl Ayparanın axtarış itləri) ilə birlikdə hadisə yerindədir və onlar prezidenti aparan helikopteri axtarırlar. Hava və Kosmos Təşkilatının bizə bildirdiyi koordinatlarına, yəni qəzanın baş verdiyi yerə 4 ixtisaslaşdırılmış komanda yaxınlaşıb, lakin hava şəraiti əlverişsiz olduğundan işlər çətinləşib.


Müəllif: Ayxan

Oxşar xəbərlər