19 May 15:50
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cüdo üzrə dünya çempionatına start verilib.

Teleqraf.com xəbər verir ki, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən yarışın ilk günündə üç çəkidə qaliblər müəyyənləşib.

Kişilər 60 kq və qadınlar 48 kq çəkidə mükafatlar uğrunda mübarizə aparıblar. Azərbaycan millisinin 2 kişi və 1 qadın cüdoçusu tatamiyə çıxıb.

Kişilər
60 kq

İlk mərhələdən azad olan Balabəy Ağayevin rəqibi Miçel Auqsto (Braziliya) ilə görüşüb. Məğlub olan idmançımız çempionatla erkən vidalaşıb.

Turan Bayramov isə Ariunbold Enxtayvanla (Monqolustan) qarşılaşıb. İlk görüşü qələbə ilə başa vuran Turan David Teraonu (ABŞ) da mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib. Niderlandlı Tornike Tsjakadoeanı məğlub edən Bayramov 1/4 finalda gürcü Giorgi Sardalaşvili ilə yarışıb. Görüş rəqibi qələbəsi ilə yekunlaşıb.

Turan təsəlliverici görüşdə koreyalı Harim Liyə də uduzduğundan mundialı medalsız başa vurub.

Qadınlar
48 kq
Leyla Əliyeva mübarizəyə Kristina Dudina (AİN) ilə qarşılaşma ilə başlayıb. Qələbə qazanan cüdoçumuz növbətini görüşü uğursuz başa vurub. O, Katarina Kostaya (Poruqaliya) uduzub.

Qeyd edək ki, mundiala Azərbaycan 8 çəki dərəcəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb.

***

Bu gün cüdo üzrə dünya çempionatına start veriləcək.

Teleqraf.com xəbər verir ki, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən yarışın ilk günündə üç çəkidə qaliblər müəyyənləşəcək.

Kişilər 60 kq və qadınlar 48 kq çəkidə mükafatlar uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisinin 2 kişi və 1 qadın cüdoçusu tatamiyə çıxacaq.

Kişilər
60 kq

İlk mərhələdən azad olan Balabəy Ağayevin rəqibi Miçel Auqsto (Braziliya) ilə görüşüb. Məğlub olan idmançımız çempionatla erkən vidalaşıb.

Turan Bayramov isə Ariunbold Enxtayvanla (Monqolustan) qarşılaşıb. İlk görüşü qələbə ilə başa vuran Turan David Teraonu (ABŞ) da mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib. Niderlandlı Tornike Tsjakadoeanı məğlub edən Bayramov 1/4 finalda gürcü Giorgi Sardalaşvili ilə yarışıb. Görüş rəqibi qələbəsi ilə yekunlaşıb.

Turan bürünc uğrunda yarışacaq. Onu rəqibi koreyalı Harim Li olacaq.

Qadınlar
48 kq
Leyla Əliyeva mübarizəyə Kristina Dudina (AİN) ilə qarşılaşma ilə başlayıb. Qələbə qazanan cüdoçumuz növbətini görüşü uğursuz başa vurub. O, Katarina Kostaya (Poruqaliya) uduzub.

Qeyd edək ki, mundiala Azərbaycan 8 çəki dərəcəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər