19 May 14:18
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Zəngəzur dəhlizi məsələsi ətrafındakı son duruma diqqət çəkib:

"Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdə tam gücü ilə işləməyə başlayacağını bildirib. Nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib.

Türkiyə nəqliyyat nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın maneəsiz dəhliz yanaşmasını qəbul etmir, bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir.

Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Uraloğlunun ümidverici açıqlamaları ümumi işin xeyrinədir. Ankara ilə İrəvan arasında dialoq davam edir, mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək.

Azərbaycan və İran prezidetləri bu gün “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı sahilində görüşüblər. Prezidentlərin Araz kənarıyla dəmir yolu xəttinin tikintisi mövzusunu da müzakirə edəcəyi ehtimalı yüksəkdir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər