19 May 20:05
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran prezidenti İbrahim Rəisi, xarici işlər nazirini və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün ümid edirik və dua edirik.

Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər