Venesiya Film Festivalı ABŞ Aktyorlar Gildiyasının (SAG-AFTRA) tətili səbəbindən məşhurlarsız qala bilər.
Teleqraf.com "Variety" nəşrinə istinadən xəbər verir ki, festivalın açılışı avqustun 30-na planlaşdırılıb.
ABŞ-ın Aktyorlar Gildiyası iki filmin - Mukl Mannın "Ferrari" və Lük Bessonun "Dogman" filminin tanıtım tədbirlərində aktyorların iştirakına icazə verib.
Bununla yanaşı ictimai qınağa məruz qalmamaq üçün hətta bu iki filmin aktyorları festivala gəlməyə bilər.
Qeyd edək ki, tətilin başlamasına səbəb ABŞ Aktyorlar Gildiyasının prodüserlərlə yeni üç illik müqavilənin şərtləri - striminq xidmətlərinin inkişafı fonunda daha yüksək əmək haqqı və daha yaxşı iş şəraiti ilə bağlı razılığa gələ bilməməsi olub.