4 May 19:34
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığında Qərb tərəfdaşlarının “Xarici agentlər haqqında” qanun layihəsini Tiflislə müzakirə etmək istəmədiklərindən məyus olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Məyusluğumu bildirdim ki, çoxsaylı dəvətlərə baxmayaraq, həmkarlarımız “Xarici təsirin şəffaflığı haqqında” qanunu ilə bağlı substantiv müzakirələrdə iştirak etməkdən çəkinirlər. Üstəlik, vurğuladım ki, hələlik təklif olunan qanuna qarşı heç bir əks arqument eşitməmişik, bu qanun sırf Gürcüstan ictimaiyyəti qarşısında şəffaflıq və müvafiq təşkilatların hesabatlılığının artırılmasına yönəlib”, - Kobaxidze qeyd edib.

Gürcüstanın baş naziri həmçinin Avropa Şurası rəhbərinin diqqətini 2020-2023-cü illərdə Gürcüstanda iki inqilab cəhdində xaricdən maliyyələşən təşkilatların fəal iştirakına çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu