4 May 22:40
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

O, oyundan əvvəl "Qarabağ"ı məğlub edəcəklərini düşündüyünü bildirib:

"Rəqibin bundan əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Bunların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nələrisə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.


Müəllif: Teleqraf.com