4 May 21:32
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Leyboristlər Partiyasının namizədi Sadiq Xan üçüncü dəfə London meri seçkilərində qalib gələrək təkrar seçkilərin sayına görə rekorda imza atıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səslərin yekun hesablanmasından sonra məlum olub.

Ölkənin müxalifət partiyasının 53 yaşlı nümayəndəsi səslərin 43,7%-ni toplayıb. 800 mindən çox paytaxt sakini onun rəqibi, hakim Mühafizəkarlar Partiyasının namizədi Syuzan Holla səs verib ki, bu da bütün seçki iştirakçılarının 32,6%-ni təşkil edir.

London meri vəzifəsi yalnız 2000-ci ildə yaradılıb. Xandan əvvəl heç kim bu vəzifəni üç dəfə tuta bilməyib. Ken Livinqston 2000-2008-ci illərdə, Boris Conson 2008-2016-cı illərdə bələdiyyə sədri olub. 2016-cı ildə Xan Avropa paytaxtının meriyasına rəhbərlik edən ilk müsəlman olub.


Müəllif: Pərvin Cəfərova