4 May 23:40
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com