4 May 20:20
2 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kişinyov hava limanında rusların əlavə yoxlamalarını şərh edərkən Moldova prezidenti Maya Sandunu xatırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

"Sanduya görə demokratiya", deyə Zaxarova hava limanında baş vermiş hadisəni özünəməxsus şəkildə şərh edib.

Qeyd edək ki, mayın 4-də Moldovanın “Pobeda” blokunun lideri İlan Şor Rusiyadan gələn sərnişinlərin Kişinyov hava limanında əsassız yoxlamalar apardığını bəyan edib. Onun sözlərinə görə, “Moskvadan gələn şəxslər saxlanılır, pulları müsadirə olunur, quldurluq edilir və evə buraxılmır”.


Müəllif: Pərvin Cəfərova