5 May 01:07
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etiraz edənlərin sayı kəskin artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, insanlar parlamentin qarşısındakı meydana fəal şəkildə gəlməyə başlayıblar. Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də onunla Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.

Mayın 2-də mitinq zamanı Tbilisidə etirazçılar şəhərin mərkəzindəki Qəhrəmanlar Meydanını bağlayıblar. Daha sonra bir neçə etirazçının saxlanıldığı bildirilib. Ertəsi gün xarici agentlər haqqında qanuna etiraz edənlər yenidən Gürcüstan paytaxtının mərkəzinə toplaşıblar.

Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze demişdi ki, beynəlxalq tənqidlərə baxmayaraq, hakimiyyət xarici agentlər haqqında qanundan imtina etmək niyyətində deyil. Respublika parlamenti mayın 1-də qanuna ikinci oxunuşda səs verib. Deputatların bu qərarı Gürcüstanda yenidən etirazlara və iğtişaşlara səbəb olub.


Müəllif: Pərvin Cəfərova