5 May 00:29
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə münasibəti ilə bağlı sualdan yayınıb.

Teleqraf.com xəbər verir ki, hadisə BBC telekanalının efirində baş verib.

“Kartlarımızı açıqlamayacağıq. Düşünürəm ki, ediləcək ən doğru şey Rusiya prezidenti Vladimir Putini nə edəcəyimizi düşünməyə məcbur etməkdir”, - Sikorski deyib.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifini təhlükəli eskalasiya adlandırmışdı.

Təxribat xarakterli bəyanat 2024-cü il fevralın 27-də Fransa prezidenti tərəfindən verilib və NATO ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənməyib.


Müəllif: Pərvin Cəfərova