"Həyat, deyəsən, gözəldir" filminin nümayiş tarixi dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.
Qeyd olunur ki, ölkədə baş verən son hadisələrə görə, filmin kinoteatrlarda nümayiş tarixi 28 sentyabr olaraq dəyişdirilib.
Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Birinci Qarabağ müharibəsindən bəhs edən “Fəryad” (1993, rejissor C.Mirzəyev, ssenari müəllifi V.Mustafayev) filminin davamı kimi nəzərdə tutulan ekran işində erməni daşnaklarının işğal etdiyi, otuz ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs olunur. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərlər arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik planda təqdim edilir.